Türk heyət Qahirəyə gedir: Yeni səhifə açılır
Türkiyə və Misir arasında yeni səhifə açılır.
Türkiyə mediası may ayında Türkiyə Xarici İşlər Nazirliyindən nümayəndə heyətinin Qahirəyə gedəcəyini yazıb.
İki ölkə arasında normallaşma prosesinin başlaması qısa müddətdə iqtisadi münasibətləri canlandırmasa da, sabit şəkildə davam edən ikitərəfli ticarətin yenidən artması üçün əhəmiyyətli addım olacaq.
Misir böyük bir bazar olmaqla yanaşı, strateji mövqeyi ilə Afrika və digər ərəb ölkələrinə türk ixracatçıları üçün yeni qapılar aça bilər.
Xüsusilə, Misirdə infrastruktur layihələri üçün tələb olunan inşaat işlərinin intensivliyi bölgədə təcrübəli türk podratçılarına investisiya, misirlilər üçün isə məşğulluğa çevrilə bilər.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: