Sərhəddə təxribatın qarşısı belə alındı:
Hərbçilərimizdən təmkin və prinsipiallıq dərsi - VİDEO
Ötən gün sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında (qarçı tərəfi Rusiya sülhməramlısı kimi təqdim edənlər də var) mübahisənin qeydə alındığı görüntülər yayılıb.
Məlumata görə, sözügedən hadisə Azərbaycan Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.
Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Videoda Azərbaycan hərbçilərinin aşkar təxribat qarşısında sərgilədiyi təmkin və prinsipiallıq rəğbət doğurur.
Videodan aydın görünür ki, yüksək hazırlıqlı Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri gülünc vəziyyətə düşürlər. Bu görüntülər Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.
Həmin görüntüləri əlavə şərh vermədən təqdim edirik: