Alimpaşa Məmmədovun maralları Yeni Zelandiyadan gətirilib

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Alimpaşa Məmmədovun üzə çıxan maral ferması ilə bağlı maraqlı faktlar məlum olub.
Lent.az xəbər verir ki, Şəmkirin keçmiş icra başçısının fermasında saxlanılanlar xallı maral cinsinə aiddir.
Redaksiyaya daxil olan məlumata görə, bu marallar Yeni Zelandiyadan gətirilib.
“Göründüyü kimi, cavan olduqları üçün buynuz da çıxarmayıblar. Bu marallar əsasən ovçuluq biznesi üçündür. Onlar xüsusi fermalarda yetişdirilir. Sabiq başçının ferması da bu tiplidi və bu məqsəd üçün yaradılıb”, – deyə mənbə bildirib.
Oxunub: 399
Xəbəri paylaş
Paylaş: