Yaxın Şərq və Afrikanın ən güclü ordusu -
MİSİR SİLAHLI QÜVVƏLƏRİ
Xəbər verdiyimiz kimi, nüfuzlu “Global Firepower“ hərbi-analitika təşkilatı 2020-ci ildə dünyanın ən yaxşı ordularının reytinqini açıqlayıb.
Globall.az bildirir ki, 138 ölkənin ordusu arasında 9-cu yeri tutan Misir Silahlı Qüvvələri Yaxın Şərq və Afrikanın ən güclü ordusu hesab edilib. Bu, 2019-cu ildə olan göstəricidən üç pillə yüksəkdir.
Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin personalı 920 min nəfərdir. Təkcə Hərbi Hava Qüvvələrinin malik olduğu texnikanın sayı 1,054 ədəddir. Quru qoşunlarında isə 4,295 ədəd tank, 11,700 hərbi maşın, 1,084 raket əleyhinə qurğu mövcuddur. Misirin hərbi büdcəsi 11 milyard 200 milyon dollardır.
Reytinq cədvəlində dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir.
Onu da qeyd edək ki, Azərbaycan siyahıda 63-cü yerdədir. Reytinq cədvəlində Gürcüstan 93-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb.