AVRO-2020:
Komandaların heyətlərindəki futbolçu sayı artırıldı
Report-un məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Qərara əsasən, 24 iştirakçı ölkə yığmalarınının hər biri AVRO-2020-yə 23 yox, 26 oyunçu sifariş edəcək. Bununla belə, hər oyunun iştirak ərizəsində 23 futbolçu yer alacaq. Onlardan 3-ü qapıçı olmalıdır.
Yekun siyahı iyunun 1-dək təqdim olunmalıdır. Ciddi zədə və ya xəstəlik olduqda, həkimdən arayış gətirməklə, ilk oyunadək iştirakçı siyahısında dəyişiklik etmək olar.
Ədalətli mübarizəni təmin etməkdən ötrü dəyişilmiş oyunçunu yenidən siyahıya salınmasına icazə verilməyəcək.