İstanbula tərəf təhlükəli qasırğa gəlir -
KÜLƏYİN SÜRƏTİ SAATDA 100 KM -Ə YAXİNDİR
İstanbulda fırtına xəbərdarlığı elan edilib, Bosfordakı bərə xidməti qismən ləğv olunub, saatda 100 kilometrə qədər külək gözlənilir.
Globall.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Meteorologiya Müdirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda cənub "lodosları" əsir. Meteoroloqlar hesab edirlər ki, bu, Boğazdakı cərəyanların istiqamətini dəyişdirməyə və fırtına dalğaları əmələ gətirməyə qadirdir.
Bununla belə, meteoroloqlar küləyin yaxşı quraşdırılmamış konstruksiyalar, dam örtükləri, eləcə də ağaclar və dirəklər üçün təhlükə yaradacağı barədə narahatlıqlarını bildiriblər.
Oxunub: 397
Xəbəri paylaş
Paylaş: