Meksikada 3 günlük matəm elan edildi - Paytaxtda metro körpüsü çöküb... /FOTO

Meksikada metro körpüsünün çökməsi nəticəsində çox sayda insan itkisi ilə əlaqədar 3 günlük matəm elan edilib.
Xarici KİV bildirir ki, ölkə Prezidenti Andres Manuel Lopes Obrador bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, paytaxt Mexiko şəhərinin cənubunda metro körpüsü çöküb, nəticədə 25 nəfər ölüb, 79 nəfər isə yaralanıb.

Oxunub: 388
Xəbəri paylaş
Paylaş: