"İsraili bircə hücumla məhv etmək olar" -
Korpus komandanı Hüseyn Salami
İsrailə cəmi bir hərbi əməliyyatla və həlledici zərbə ilə qalib gəlmək olar.
Bunu İran İslam İnqilabı Keçikçiləri Korpusunun komandanı Hüseyn Salami deyib. Onun sözlərinə görə, İsrail bütün zəifliklərini son bir neçə ay ərzində nümayiş etdirib:
“Onların ən böyük zəifliyi odur ki, istənilən taktiki fəaliyyət onların strateji məğlubiyyətinə gətirib çıxara bilər. Mən onu nəzərdə tuturam ki, cəmi bir əməliyyat bu rejimi məhv edə bilər”.
Onun sözlərinə görə, İsrailin ticarətinin 90%-i dəniz ticarətinin payına düşür və bunun ucbatından ölkə risklə üz-üzədir. O, bu marşrutları dağıtmağın çox asan olduğunu bildirib.
Oxunub: 265
Xəbəri paylaş
Paylaş: