İranlı deputat: "Donald Tramp sui-qəsdlə öldürülməlidir..."

Qasım Süleymaninin öldürülməsi əmrini verən keçmiş ABŞ prezidenti Donald Tramp öldürülməlidir.
Turkustan xəbər verir ki, bu açıqlama ilə İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Mürtəza Mütəhhərinin oğlu, deputat, prezidentliyə namizəd Əli Mütəhhəri çıxış edib.
“Qisası İran dövləti almalıdır” demirəm. Qisas iranlı olmayan, amerikalı biri tərəfindən sui-qəsd formasında alınmalıdır”, – Mütəhhəri qeyd edib.
Oxunub: 269
Xəbəri paylaş
Paylaş: