"Belə də olub ki, ABŞ dünya düzənini laxladıb"-
ABŞ Dövlət katibi
Son illər belə də olub ki, Vaşinqton qaydalara əsaslanan dünya düzənini laxladıb.
Bu barədə mayın 7-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken Birləşmiş Millətlər Təşkilatında (BMT) bəyan edib.
«Mən bilirəm, bizim son illərdəki bəzi hərəkətlərimiz qaydalara əsaslanan dünya düzənini laxladıb və digər ölkələri məcbur edib ki, özlərinə sual versinlər: biz, bu düzənə sadiqikmi?» - ABŞ Dövlət katibi bildirib.
Bu zaman, aydındır ki, ABŞ-ın indiki administrasiyası bu pozuntuları özündən əvvəlki prezident Donald Trampla və müttəfiqlər qarşısındakı öhdəliklərlə bağlayır. Entoni Blinken dəqiqləşdirib ki, Co Bayden administrasiyası çoxtərəfli institutlar çərçivəsində əməkdaşlığa hazır olduğunu dünyaya nümayiş etdirir. Buna misal olaraq, o, ABŞ-ın iqlim üzrə Paris sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtmasını önə çəkib.