"Volksvagen Bakı Mərkəzi" icra başçısının əlindən alındı
Euro Style LTD MMC-nin nəzdində olan "Volkswagen Bakı Mərkəzi" fəaliyyətini dayandırıb.
Globall.az unikal.org-a istinadən xəbər verir ki, buna səbəb Almaniyanın "Volksvagen" şirkətinin istehsal etdiyi avtomobilləri İran İslam Respublikasına satması olub.
Qeyd edək ki, Volksvagen Bakı Mərkəzi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə məxsusdur. Adıçəkilən şirkəti icra başçısının oğlu Ənvər Vəliyev idarə edirdi.
Xatırladaq ki, bir müddət öncə Volkswagen Bakı Mərkəzi təmsil etdiyi şirkəti beynəlxalq məhkəməyə vermişdi.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: