800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi
“Swift Response” təlimləri çərçivəsində təxminən 800 amerikalı paraşütçü Estoniyadakı Rusiya sərhədi yaxınlığına enib.
Bu barədə “Delfi” agentliyi yazıb.
Təlim çərçivəsində ABŞ Ordusunun 82-ci hava-desant diviziyasının xüsusi təyinatlıları Estoniya üzərində təyyarələrdən atlayıblar.
ABŞ Quru Qoşunlarının Avropadakı komandanlığı manevrlərdə Britaniya Ordusunun 16-cı Hava Təhlükəsizliyi Briqadasının əsgərlərinin də iştirak etdiyini bildirib.
Təlimlər həqiqi döyüş vəziyyətinə yaxın şəraitdə aparılıb./modern.az
Oxunub: 319
Xəbəri paylaş
Paylaş: