Şotlandiyada Britaniyadan ayrılmaq istəyənlər seçkilərdə qalib gəlib
Şotlandiyada parlament seçkilərinin nəticələri açıqlanıb. BBC xəbər verir ki, Şotlandiyanın Böyük Britaniya tərkibindən çıxmasını istəyən iki siyasi partiyası bu seçki kampaniyasında qalib olub.
Bildirilib ki, Şotlandiya Milli Partiyası 129 mandatdan 64-nü, Yaşıllar Partiyası isə 8-ni qazanıb. Bununla da separatçı sayılan bu iki partiya bir yerdə parlamentdə 72 yer əldə edib.
Məlumata görə, onlar Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması üçün referendumun keçirilməsinə çalışacaqlar.
Qeyd edək ki, mayın 6-da Böyük Britaniyanın bu ölkəsində parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri mayın 9-da gecə saatlarında açıqlanıb.
Oxunub: 378
Xəbəri paylaş
Paylaş: