ABŞ husilərə göndərilən silah dolu gəmini ələ keçirdi
ABŞ Oman dənizində əməliyyat nəticəsində silah yüklü gəmi ələ keçirib.
Gəmidə Çin istehsalı olan minlərlə “Kalaşnikov” avtomatı və yüzlərlə pulemyot, snayper tüfəngləri, habelə Rusiya istehsalı olan onlarla tank əleyhinə idarəolunan raket olduğu bildirilib.
Məlumata görə, Yəməndəki husi qiyamçılarına silah və sursat bu yolla ötürülür.
Oman körfəzinin sahilyanı ölkələri İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləridir.
Oxunub: 443
Xəbəri paylaş
Paylaş: