Çin ABŞ-ı insan hüquqları məsələsini inhisara almamağa çağırıb
Xarici KİV-lər xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının rəsmisi, Xarici ölkələrlə dostluq idarəsinin rəhbəri Lin Suntyan bəyan edib.
Onun sözlərinə görə, “insan hüquqları məsələsi” ABŞ-ın imtiyaz və inhisarında olan bir mövzu deyil, bütün bəşəriyyətin bu sahədə birgə səylərindən ibarətdir. Gerçəklikdə isə ABŞ insanların haqları və rifahı haqqında yox, yalnız öz maraqları və hegemoniyası haqqında düşünür.
Lin Suntyan Birləşmiş Ştatlaırn on illərlə guya Asiya, Afrika və Latın Amerikası ölkələrində insanların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olduğunu, lakin əslində onların inkişafı üçün heç bir iş görmədiyini bildirib.
“ABŞ yalnız öz sərmayəsi və siyasətini fikirləşir, varlıların qayğısına qalır. Bu gün Amerikada 50 ən zəngin insanın sərvəti 165 milyon kasıb adamın bütün varidatına bərabərdir”, - deyə çinli dövlət adamı söyləyib.
Oxunub: 219
Xəbəri paylaş
Paylaş: