Rusiyada yaşayan azərbaycanlı milyarderlərin sərvəti açıqlandı -
Ağalarov 500 milyon dollar itirib
Əslən Quba rayonunun "Qırmızı Qəsəbə" kəndindən olan yahudi əsilli Zarax İliev 42-ci, Qod Nisanov isə 43-ci sırada yer alıb. Hər iki iş adamının 3,4 milyard dollar sərvətinin olduğu bildirilir. Həm 54 yaşlı Zarax İlievin, həm də 48 yaşlı Qod Nisanovun sərvəti son bir ildə 700 milyon dollar artıb.
Daha bir Azərbaycan əsilli iş adamı - Araz Ağalarovun sərvəti isə son bir ildə 500 milyon dollar azalıb. Ötən il 1,7 milyard dollar sərvətilə siyahıda 55-ci sırada yer alan 65 yaşlı Araz Ağalarov bu il 1,2 milyard dollarla 100-ci sıraya geriləyib.