ABŞ, Yaponiya və Fransa Kyuşuda ortaq hərbi təlimlərə başladı
ABŞ, Yaponiya və Fransa Kyuşu adasında genişmiqyaslı hərbi təlimlərə başlayıb.
“TASS” xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərin cənub-qərbdəki Kyuşu adasında Kaqoşima, Miyazaki və Naqasaki prefekturalarında 200-dən çox hərbçinin iştirakı ilə keçiriləcəyi bildirilib.
Hərbi təlimlərin mayın 17-dək davam edəcəyi vurğulanıb. Bu müddət ərzində üç ölkənin hərbi heyəti bir sıra ortaq əməliyyatlar hazırlayacaq.
Oxunub: 348
Xəbəri paylaş
Paylaş: