Fələstin prezidenti Ramazan bayramının qeyd olunmasını qadağan etdi
Fələstin Prezidenti Mahmud Abbas Qüdsdə və Qəzzada baş verən hadisələrə görə Ramazan bayramının qeyd olunmasını qadağan edib.
“WAFA” agentliyi xəbər verir ki, prezident, bununla bağlı göstəriş verib və bayram şənliklərinin ləğv edildiyini açıqlayıb.
Qeyd edək ki, bu gecə İsrailin Qəzzaya hücumları nəticəsində doqquzu uşaq olmaqla 20 nəfər dünyasını dəyişib və onlarla insan yaralanıb.
Oxunub: 192
Xəbəri paylaş
Paylaş: