COVID-19 peyvəndi istehsal edən şirkətlərin gəlirləri AÇIQLANDI
Dünyada COVID-19 peyvəndinin əsas istehsalçılarında olan 4 şirkət – “Johnson & Johnson”, “Pfizer”, “Moderna” və “AstraZeneca” gəlirlərini kəskin artırıblar.
“Statista” portalı xəbər verir ki, bu barədə məlumat şirkətlərin maliyyə hesabatlarında qeyd olunub.
Böyük Britaniyanın “AstraZeneca” şirkətinin gəlirləri isə daha çox artıb. 2020-ci ilin ilk rübündə 600 milyon dollar gəliri olan şirkət, bu ilin ilk rübündə gəlirlərinin təxminən 3 dəfə artıraraq 1,6 milyard dollara çatdırıb.