3 ay əvvəl yaradılan “Madrın az Servız” MMC...
3 ay sonra 198 min manatlıq tender qazandı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Rəsmi məlumatlara görə, 197 min 711 manat 50 qəpik dəyərində tender müsabiqəsinin qalibi “Madrın az Servız” MMC (VÖEN - 1405353621) olub.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tender müsabiqəsini aprel ayının əvvəlində elan edib. “Madrın az Servız” MMC isə tender elanından təxminən 3 ay əvvəl – ötən ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan “Madrın az Servız” MMC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Azadlıq pr. ev 133, m. 16”da yerləşir. MMC-nin qanuni təmsilçisi Talıbov Qoşqar Mirzəxan oğludur.