Gürcüstanda koronavirus: son sutkada 1 409 nəfər yoluxub, 27 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 1 409 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Qonşu ölkədə indiyədək COVID-19-a 325 665 nəfər yoluxub, onların 4 363-ü ölüb.
Ötən 24 saat ərzində xəstəlikdən sağalanların sayı 1 256 nəfər artaraq 304 935 olub.
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: