Baş nazir fövqəladə vəziyyət elan etdi - ərəb və yəhudilər arasında toqquşmalara görə

İsrailin Lod şəhərində yerli ərəb və yəhudi sakinləri arasında baş verən toqquşmalarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə Benyamin Netanyahu öz “Twitter” səhifəsində məlumat verib. Daha əvvəl Lodun meri vəziyyətin nəzarətdən çıxdığını əsas gətirərək hökumətdən ordu birləşmələrinin şəhərə yeridilməsini tələb etmişdi.
"Al-Mayadeen" telekanalı isə məlumat verir ki, şəhərin bir qrup ərəb sakini avtomobillərə od vurub, Lodda yerləşən sinaqoqlardan birini yandırmağa cəhd ediblər.
Oxunub: 368
Xəbəri paylaş
Paylaş: