BMT Baş katibi çağırış edib:
"Gərginliyi azaldın, vəziyyət qəbuledilməzdir"
BMT Baş Katibi Antonio Quterreş mülki əhalinin həyatını qorumaq üçün İsrail və Fələstin tərəfinə yaranmış gərginliyin azaldılmasına çağırış edib.
APA TASS-a istinadən xəbər verir ki, BMT rəhbəri bu barədə çərşənbə günü Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Quterreş vəziyyətin tamamilə qəbuledilməz olduğunu diqqətə çatdırıb.
O həmçinin əlavə edib ki, Lavrovla Suriya, Liviya, Əfqanıstan, Yəmən, İsrail-Fələstin münaqişəsi də daxil olmaqla, regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparıb.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: