İsrail Rusiyanın Fələstinlə atəşkəs təklifini rədd etdi
İsrail Rusiyanın Fələstinlə atəşkəs təklifinə rədd cavabı verib.
Bu barədə “Yediot Aharonot” qəzeti xəbər yayıb.
Xəbərdə İsrail Baş naziri Binyamin Netanyahunun Təhlükəsizlik Şurasının dünən axşam keçirilən iclasında kabinet üzvlərinə Moskvanın atəşkəs təklifini rədd etdiyini bildirdiyi qeyd edilib.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin rəsmi Moskvanın İsrail və Fələstin arasındakı sülh prosesi səylərini sürətləndirməyə hazır olduğunu bildirmişdi.
Oxunub: 339
Xəbəri paylaş
Paylaş: