Türkiyə yeni raket sistemi istehsal edir -
Bir yaylımda 12 raket atır
Türkiyə öz istehsalı olan yeni reaktiv yaylım atəşli raket sistemini (YARS) uğurla testləşdirib. Sistem ölkə silahlı qüvvələrinin istifadəsinə hazırdır.
Bu barədə Türkiyə müdafiə sənayesi İdarəsinin (MSİ) direktoru İsmail Demir elan edib. Xəbəri mayın 13-də «Hurriyet Daily News» nəşri yayıb.
Kalibri 107 mm olan zərbə sistemi raket tikintisi sahəsi üzrə aparıcı mövqedə olan «Roketsan» şirkəti və «MKEK» yerli müdafiə firması tərəfindən istehsal olunub. Qurğu universal zirehli «Vuran» avtomobilində yerləşdirilib. Avtomobil Türkiyənin «Otomotiv» hərbi-dəniz qüvvələri şirkətində istehsal edilir.
«Bizim müdafiə sənayemiz öz imkanlarını birləşdirir və Türkiyə hərbçiləri üçün səhra şəraitində problemlərin həllini irəli sürür» - MSİ-nin başçısı qeyd edib.
Onun sözlərinə görə, yeni raket sistemi bir yaylım atəşilə 12 raket ata bilir.