Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Çinin "Tianven-1" Mars kəşfiyyat vasitəsi uğurlu eniş edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Milli kosmik idarəsi məlumat verib.
Avtomatik planetlərarası stansiya "Tianven-1" 23 iyul 2020-ci il tarixində Çinin cənubundakı Haynan əyalətində yerləşən Venchan kosmodromundan "Çançjen-5" raket daşıyıcısının vasitəsi ilə orbitə buraxılıb. Aparat Marsın orbitinə fevral ayında çatıb.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: