Nəcməddin Sadıkov və Valeri Gerasimov hərbi əməkdaşlığı müzakirə etdilər
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda azərbaycanlı həmkarı general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, habelə hərbi və hərbi-texniki əməkdaşlığa dair fikir mübadiləsi aparıblar: "Bundan əlavə, Xəzərdə qarşılıqlı əlaqələri davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər”.
Oxunub: 527
Xəbəri paylaş
Paylaş: