Rusiya ilə bunu etmək mümkünsüzdür! - NATO rəsmisi

Rusiya və NATO ölkələri arasında münasibətlərin normallaşması hazırda mümkünsüzdür.
Bu sözləri NATO Parlament Assambleyasının üzvü Brendan Boyl deyib.
“Mövcud vəziyyətdə ittifaq Rusiyaya qarşı strateji dayanlıqlığı təmin etmək üçün mümkün olan hər şeyi etməlidir. Müttəfiq və partnyorların milli mənafelərini “Rusiya ilə dialoqu yenidən başlatmaq” eyforiyasına qurban vermək olmaz!” – deyə Boyl bildirib.
Diplomat əlavə edib ki, Rusiyanın xarici siyasətini yaxın gələcəkdə dəyişdirmək mümkünsüz görünür./axar.az
Oxunub: 358
Xəbəri paylaş
Paylaş: