Qəzzadan İsrailə 2,8 mindən çox raket atılıb
Qəzza sektorundan İsrail ərazisinə 2,8 mindən çox raket atılıb, onların çoxu zərərsizləşdirilib.
Report xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) rəsmi nümayəndəsi Conatan Konrikus deyib.
“10 may tarixindən bu günə qədər Qəzzadan radikallar tərəfindən İsrail ərazisinə 2 800-dən çox raket atılıb. Bunlardan 430-u Qəzzaya düşərək ziyan və itkilərə səbəb olub. İsrail hərbçiləri buna cavab olaraq radikalların 672 hərbi obyektinə aviazərbələr endirib”, - deyə bildirib.
Oxunub: 398
Xəbəri paylaş
Paylaş: