Son 24 saatda dünyada koronavirusdan 12 936 nəfər ölüb

Dünyada son sutka ərzində 677 387 nəfər koronavirusa yoluxub, 12 936 nəfər ölüb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında belə deyilir.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 161 513 458 yoluxma hadisəsi, 3 352 109 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın payına düşüb.
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: