Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Qərbi Azərbaycan Respublikası elan olundu
  • "Cənubi Qafqazda - rus, türk, fars mənbələrində Ermənistan deyilən bir dövlətə rast gələ bilməzsiniz"
  • Ərdoğan: “Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneədir”
  • Rusiya, erməni mahiyyəti budur, bax! - Foto
  • "Kürəkçay müqaviləsində ermənilər haqda bir kəlmə də yoxdur"- "Onlar məqsədyönlü şəkildə Qarabağa yerləşdirildi"
  • ZƏNGƏZURU NECƏ QOPARDILAR?- BİRİNCİ PYOTRDAN STALİNƏDƏK...

    • Tarix: 17-05-2021, 12:15


    İlham Əliyev: “Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün Türk dünyasını parçaladı”

    Azərbaycan torpaqlarında erməniləri yerləşdirmək siyasətinin əsası hələ 1-ci Pyotrun dövründə qoyulmuşdur. 1722-ci ildə 1-ci Pyotr Azərbaycana yürüşündən sonra 1724-cü ildə Bakı və ətraf ərazilərdə erməniləri yerləşdirmək haqqında fərman imzalamışdır. Rus imperiyasının siyasi elitası Quzey və Güney Qafqazda müsəlmanların, əsasən də türklərin yaşamasını heç cür həzm edə bilmirdilər.

    1813-cü ildə imzalanan Gülüstan sülh müqaviləsindən dərhal sonra Azərbaycan ərazisinə ilk olaraq almanları yerləşdirməyə başladılar. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra isə ermənilərin və rusların kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı.
    Güney Qafqazda erməni məskənləri istisna olmaqla, 34 rus kəndi salınmışdı ki, onun da 30-u Azərbaycan torpaqlarında idi.

    10 fevral 1828-ci il Türkmənçay sülh müqaviləsindən 2 ay keçməmiş Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayəti yaradıldı. Bütün bunlar Azərbaycanda yaşayan əhalini müsəlman türk dünyasından ayırmağa hesablanmışdı. Belə ki, xristian alman, erməni, rus köçkünlər Azərbaycanın qərbindən, Qazax-Gədəbəydən başlayaraq güneyində İmişli-Biləsuvara qədər yerləşdirilmişdi ki, gələcəkdə Azərbaycan torpaqları ilə ilk növbədə Türkiyə arasında olan əlaqəni tamamilə kəssinlər.

    Bütün bəlalarımızın, Zəngəzur da daxil olmaqla, indiki Ermənistan ərazisinin bizdən qoparılması, Naxçıvanın ayrı düşməsi, Qarabağ problemi, 1918-1920-ci illərin soyqırımlarının əsası o zamandan qoyuldu.

    44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə əsasən, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq blokadanı aradan qaldırmalı, bütün nəqliyyat, kommunikasiyalar, ən əsası, Naxçıvanla Azərbaycan arasındakı Zəngəzur dəhlizi bərpa olunmalıdır.

    Nədənsə istər Azərbaycanda, istərsə də Ermənistanda, eləcə də dünyada ən çox müzakirə olunan mövzu Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində dediyi “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik” sözləri bütün dünyada rezonans doğurmuş, hətta bir çox ölkələrin KİV-lərində Azərbaycanın Zəngəzuru Ermənistandan zorla, müharibə yolu ilə alacağına dair yazılar yazılmış, ciddi müzakirələr bu gün də getməkdədir. Lakin cənab Prezident öz çıxışında dəfələrlə vurğulamışdır: “Baxmayaraq Ermənistan dövləti bütövlükdə Azərbaycan torpaqlarında yaradılmışdır, bizim Ermənistana ərazi iddiamız yoxdur. Sadəcə, biz tarixi ədalətsizliyi bərpa etməklə həm Azərbaycan xalqının, həm erməni xalqının və bütövlükdə bölgənin inkişafına töhfə vermək istəyirik”.

    Yuxarıda qeyd etdiyim kimi, 1-ci Pyotrun zamanından bəri bizi bizdən qoparmaq, Türkiyə ilə Azərbaycanın quru əlaqəsini kəsmək üçün bu dövlətlər arasında bufer dövlət olaraq Ermənistanı yaratmaqla nail olmağa çalışırdılar və buna qismən nail olmuşlar.



    Zəngəzur ərazisi qədimdən həmişə Azərbaycanın tərkib hissəsi olmuşdur. Zəngəzurun ərazisi 6,7 min kv km. olmaqla Azərbaycanın Qafan (Qapan), Gorus, Qarakilsə (Sisyan), Mehri, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsini əhatə edirdi. Əhalisinin 72%-ni müsəlman türklər və kürdlər, 28%-ni ermənilər təşkil etməklə 149 türk, 91 kürd və 81 erməni kəndi olmuşdur.

    Yenicə yaranmış Azərbaycan dövlətinin ordusunun olmamasını, paytaxt Bakı da daxil olmaqla, ərazinin yarıya qədərinin daşnak və bolşeviklərin əlində olmasını fürsət bilən ermənilər Zəngəzuru ələ keçirməyə çalışırdılar ki, hər tərəfdən türk torpaqları ilə əhatə olunmuş dövlətlərinin sərhədini İrana birləşdirsinlər. 
    Bundan başqa həvəsində və iddiasında olduqları Naxçıvan torpaqlarını ana Azərbaycandan ayrı salsınlar və Qarabağın dağlıq hissəsi ilə həmsərhəd olsunlar ki, gələcəkdə sözügedən əraziləri Ermənistana birləşdirsinlər. 
    Nəticədə, ermənilər Zəngəzur ərazisində mövcud olan 240 müsəlman kəndindən 115-ni tamamilə məhv etdilər, 10-12 min əhali soyqırıma məruz qaldı, sağ qalan əhali bölgəni tərk etdi.

    Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə və Azərbaycan torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq təkcə ermənilərin arzusu deyildi, eyni zamanda, onların havadarları Rusiya, ABŞ, Fransa və başqa dövlətlərin arzusu idi. Amma Zəngəzurun Azərbaycandan qoparılmasında V.Lenin, İ.Stalin, Orconikidize, Çiçerin əsas rol oynamışlar.
    Hətta əvvəllər Zəngəzurun ərazisini bütövlükdə Ermənistana vermək istəsələr də, nədənsə məsələ 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)PMK siyasi və təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarda Zəngəzur bölgəsi 2 hissəyə bölündü: 6,742 kv verstlik ərazinin çox hissəsi, yəni 3,637 kv verstlik ərazi Ermənistana, 3,105 kv verstlik ərazi isə Azərbaycana qaldı.

    Hələ 1920-ci il noyabrın 16-da İ.Stalin Vladiqafqazdan V.Leninə göndərdiyi şifrəli teleqramda yazırdı: "Əgər Türkiyə Ermənistanda qalarsa, o zaman Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasını vurmaq lazımdır".

    Göründüyü kimi, bütövlükdə Ermənistan olmaqla, Zəngəzur Türk dünyası ilə Azərbaycan arasına vurulmuş “pazdır”.

    Bundan başqa, Azərbaycan xalqının bir nömrəli düşməni Z.Balayan özünün "Ocaq" kitabında Zəngəzur yolunu "Turan yolu" adlandırır və bu yolun bağlanmasını zəruri sayırdı. Nəzərə alaq ki, Z.Balayan "Ocaq" kitabını 80-ci illərdə, sovet dönəmində yazıb. Ermənilər Azərbaycana düşmənçilik etməklə öz oturduqları budağı kəsdilər. Belə bir atalar məsəli var: “Pazı pazla çıxararlar.”

    Prezident İlham Əliyevin müdrik, uzaqgörən, dahiyanə siyasəti nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Ermənistan ordusu darmadağın edildi və iqtisadiyyatı 30% geri atıldı. Bütün parametrlərə görə Ermənistan Azərbaycandan dəfələrlə geri qalır. Məsələn, 2020-ci ildə Ermənistanda 35 min uşaq doğulub, 36 min insan ölüb, 44 günlük müharibədə 7 mindən çox cavan insanlarını itiriblər, təxminən 10 min yaralıları var.
    Ermənistan siyasi elitası və sıravi vətəndaşları anlamalıdırlar ki, Ermənistan dövlətinin mövcudluğu Azərbaycan ilə sülh şəraitində yaşamaqdan və kommunikasiyaların açılmasından keçir.

    Prezident İlham Əliyev hələ 2009-cu il 3 oktyabr tarixində Türkdilli dövlətlərin Zirvə görüşündə bildirmişdi ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi Türk dünyasının parçalanması idi. Azərbaycan torpağı olan Zəngəzur yenidən türk dünyasını birləşdirən körpü rolunu oynayacaq.
    Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

    Cənab Prezident İlham Əliyevin dediyi kimi, Zəngəzur dəhlizi xoş-zor açılacaq. Əgər Ermənistanın faşist, revanşist dairələri buna mane olsalar, Azərbaycanın əlində erməniləri güzəştə getməyə vadar edəcək kifayət qədər imkanlar var. 
    Məsələn, biri hal-hazırda ermənilərin birtərəfli qaydada Gorus-Qafan yolunun Azərbaycana aid 21 km-lik hissəsindən dəhliz kimi istifadə etməsini məhdudlaşdırmaq, ikincisi Laçın dəhlizini bağlamaq, və.s

    Heç kimdə şübhə olmasın ki, Azərbaycan dövləti qarşısına qoyduğu bütün məqsədlərə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və həmrəyliyi nəticəsində çatacaq.

    Sadiq Qurbanov,
    Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

    Oxunub: 310
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.