FƏZAİL AĞAMALI FİTƏ BASILİB QOVULDU –
Rəqib namizədin tərəfdarları tərəfindən (VİDEO)
Ana Vətən Partiyasının sədri, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə görüş zamanı gərgin anlar yaşayıb.
Baş verən hadisələrin görüntüləri sosial şəbəkələrdə yayılıb. Partiya sədrinin rəqiblərindən biri, Aprel qazisi Kamil Musəvinin onlarla tərəfdarı Fəzail Ağamalıya hücum çəkib. Namizədə danışmağa imkan verməyən şəxslər onu sıxışdıraraq ərazini tərk etməyə məcbur ediblər.
Yayılan görüntülərdən məlum olur ki, polis əməkdaşları K. Musəvinin tərəfdarlarını sakitləşdirməyə çalışsalar da, buna nail ola bilmirlər. Etirazçılar Fəzail Ağamalıya qarşı kəskin ifadələr işlədərək ondan bölgəni tərk etməyi tələb ediblər. Namizəd Kamil Musəvi də aksiyanın fəal iştirakçılarından biri olub.
Bu hadisənin yerli seçki qurumu və MSK tərəfindən araşdırılacağı gözlənilir.