Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı Kremldən AÇIQLAMA

“Rusiya rəsmi Bakı və İrəvanla təmasdadır, sərhəddəki gərginliyi aradan qaldırmaq üçün işlər görülür”.
“Sputnik” xəbər verir ki, bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O bildirib ki, əldə olunan üçtərəfli razılaşma alternativ olmadan yerinə yetirilməlidir:
“Rusiya prezidenti Vladimir Putin üçtərəfli razılaşmanın alternativsiz həyata keçirilməsinin tərəfdarıdır. Hazırda gərginliyi azaltmaq və vəziyyəti yaxşılaşdırmaq üçün işlər görülür”.
Qeyd edək ki, mayın 12-də Zəngəzurdakı sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında gərginlik yaranmışdı.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: