BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ ƏMƏLİYYAT -
Həbs olunanlar var
Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.
Report-un xəbərinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.
Əməliyyat zamanı içərisində İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Oxunub: 422
Xəbəri paylaş
Paylaş: