Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • NATO-nun ƏN GÜCLÜ ORDULARI - SİYAHI
  • “Putin Liviyanın başına yeni Qəddafi gətirir”- "The Wall Street Journal": "Onun əsas hədəfi Liviya yox, NATO-dur"
  • NATO sammiti: Türkiyə, Rusiya, Çin və pul məsələsi
  • İlham Əliyev Lavrovu qəbul etdi – FOTO
  • Tarixin 10 ən zəngin cinayətkarı – SİYAHI
  • ÇİNƏ RUSİYA, YOXSA ABŞ LAZIMDIR? – "Sibirin gücü" Pekin-Moskva münasibətlərində yeni səhifə açır

    • Tarix: 13-12-2019, 11:46

    Çi Van
    “South China Morning Post”, Honkonq, 12.12. 2019
     
    Ötən həftə Rusiya və Çin iddialı layihəni – “Sibirin gücü” qaz kəmərini istismara verməyi bayram etdilər. 2900 km uzunluğunda və 55 milyard dollar dəyərində olan bu layihə iki ölkə və iki lider arasındakı münasibətlərin möhkəmləndirilməsinin simvoludur.
    Prezident Vladimir Putin bu qaz kəmərinin istismara verilməsini “həqiqi tarixi hadisə” adlandırdı, ÇXR Sədri Si Cinpin isə onu “əməkdaşlığın yeni mərhələsinin başlanğıcı” kimi səciyyələndirdi. Sonra bəyan etdi ki, “rus-çin münasibətlərinin inkişafı bizim ölkələrimizin xarici siyasətinin öncəliyidir və daima belə olacaq”.
    İki ölkə dekabrın sonunda Hind okeanında bir ay müddətində keçirilməsi planlaşdırılan hərbi təlimlərdə iştirak etdikdə münasibətlər daha da möhkəmlənəcək.
    Bu il yayın əvvəlində müttəfiq ölkələrin liderləri Fransada Normandiyaya desant çıxarılmasının 75 illiyini qeyd edən zaman Si Putinlə görüşmək üçün Moskvaya yollanmışdı.
    Liderlər hərbi və iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılıq əldə etdilər. Si, Çinlə Rusiya arasındakı münasibətləri təriflədi, hətta Putini özünün “ən yaxşı dostu” adlandırdı.
    Məncə, Çin Rusiyanı dəstəkləməklə, heç bir ehtiyac olmadığı halda, ABŞ-ın  düşmənçiliyini öz üzərinə çəkməklə, çox az şey qazana bilər. Si ilə Putinin bir-birinin əlini sıxmasının, dostluq haqqında bəyanatlar verməsinin təsvir olunması ABŞ Prezidenti Donald Trampın şəxsən təhqir olunmasına xidmət edə bilər. Mən hələ demirəm ki, Rusiya Çinə çox az şey təklif etmək iqtidarındadır.
    Çinin xarici investisiyaları üçün indi Rusiyanın başlıca istiqamət seçilməyindənsə, “qansız” Rusiya iqtisadiyyatına dayaq olmaqdansa, bu investisiyaların digər ölkələrdə istifadə olunması daha yaxşı olmazdımı? Çinin Rusiyanın enişindən daha çox qazandığı nəzərə alınarsa, indi onun dirçəlişinə dəstəyin verilməsi anlamsızdır.
    Yeni sıx münasibətlərin məqsədəuyğun görünə bilməsinə baxmayaraq, ABŞ-la münasibətlərin getdikcə gərginləşdiyini nəzərə alsaq, tarix əksini deyir. Məncə, Sinin davranışı öz xalqına xəyanətdir.
    Rusiya ilə oynaqlaşmaq Rusiya-Çin münasibətləri üçün çox vaxt xarakterik cəhət olan, şəxsən xatırlatmaq istədiyim düşmənçiliyi unutmaq deməkdir.
    Çinlə Rusiya arasındakı ilk müqavilə – Nerçin müqaviləsi 1689-cu ildə,  Rusiyanın Tsin sülaləsi dövründə Çin torpaqlarına hücum etməsi nəticəsində bağlanıb. Bu müqavilə çərçivəsində Rusiyanın Uzaq Şərqi ilə Çinin şimali-şərqi arasında sərhəddin müəyyən edilməsinə baxmayaraq, rus ekspansionizmi hələ də tam bitməyib.
    1850-ci illərdə, Çini II “Tiryək müharibəsi” narahat edərkən, Rusiya özünün minlərlə döyüşçüsünü Amur çayı ilə Mancuriyaya göndərdi. Rusiya 1860-cı ildə imzalanan Pekin müqaviləsi çərçivəsində işğal etdiyi ərazilərin suverenliyini qanuniləşdirərək, hazırda müasir Sibiri təşkil edən əhəmiyyətli ərazini ilhaq etdi.
    Bu, Çinin xarici dövlətlərin ona yönəlik manipulyasiyaları nəticəsində XIX əsrdə imzaladığı qeyri-bərabər müqavilələrdən biri idi. Lakin buna baxmayaraq, Çin rəhbərliyi Qərb ölkələrinin bu müqavilələrlə onu saldığı durumu şərh edərkən “təhqirlər əsri” ritorikasına əl atdığı halda, xarici təcavüzkarlardan biri kimi Rusiyanın roluna həddindən az diqqət ayrılır.
    1904-cü ildə yaponlar Rusiyanın nəzarətində olan, rus təsirinin yayılmaqda olduğu Mancuriyadakı Port-Artura hücum edərkən Rusiya Çini müharibəyə sürüklədi. Rusiya-Yaponiya müharibəsi nəticəsində 20 minə yaxın çinli mülki əhali öz həyatını itirdi. Rusiyanın məğlub olması nəticəsində Yaponiya Port-Artura və Cənubi Mancuriyanın bir sıra ərazilərinə nəzarəti ələ aldı.
    1929-cu ildə Sovetlər Mancuriyadakı Çin-Şərq dəmir yolunu nəzarətə götürməyə cəhd etdilər. Mənim atamın komandanlığı altında olan Çin qüvvələri Xarbin altında məğlub oldular və Sovetlər dəmir yoluna nəzarəti ələ aldılar.
    Mənim uşaqlıq dövrümdə, 1930-cu illərdə Çində sanki hamı Rusiyaya şübhə ilə baxırdı. Mən Çini yapon işğalı dövründə görsəm də, Sovet İttifaqının II Dünya Müharibəsinin son günlərindəki hərəkətlərini dürüstlük və əxlaq baxımından daha pis hesab edirəm. İosif Stalin və öz sonuna yaxınlaşan Franklin Ruzvelt 1945-ci ildə Yaltada görüşdülər. Orada Ruzvelt Stalinin rus-yapon müharibəsi nəticəsində Rusiyanın ərazi itkilərinin praktiki kompensasiyası haqqındakı xahişini yerinə yetirdi.
    Məxfi protokol çərçivəsində Xarici Monqolustanın müstəqilliyi tanındı, Port-Artur, Cənub-Mancuriya və Çin-Şərq dəmir yolları Rusiyanın istifadəsinə verildi. Və bütün bunlar Yaponiya ilə mübarizədə müttəfiq olduğu iddia edilən Çan Kayşinin (Kommunistlərin hakimiyyətə gəldiyi 1949-cu ilədək Çində hökmranlıq edən şəxs, millətçi Homindan partiyasının lideri – tərc.) razılığı və ya xəbəri olmadan edildi.
    Mancuriyaya soxulan sovet qoşunları müharibə dövründə yaponların bütün Çin ərazisində etdiyi kimi, vəhşi cinayətlər törətdilər, sonra isə yapon sənaye infrastrukturundan nə götürə bilərdilərsə götürdülər və geri çəkilməzdən öncə Sovet İttifaqına göndərdilər.
    SSRİ Mancuriyada bir ildən çox davam edən sərhəd qarşıdurmasına yol açan oyuncaq “peyk dövlət” təsis etdi. Stalin həmçinin Sincanda uyğurların separatçı hərəkatlarını dəstəklədi.
    Qərbdə kommunist blokunun monolit birliyi haqqında qavrayışın hakim olmasına baxmayaraq, Çinlə Rusiya arasındakı münasibətlər uzun onilliklər ərzində gərgin olaraq qaldı. Mao Stalinə nifrət edirdi və sıx çin-rus münasibətlərinin saxlanmasınını aşkar şəkildə faydalı olmasına baxmayaraq, 1950-ci illərdə məhz o, işi SSRİ ilə Çin arasında parçalanmayadək gətirib çıxardı.
    Onlar 1969-cu ildə Ussuri çayı boyunca elan olunmamış sərhəd müharibəsində döyüşdülər. Bu da 1970-ci illərin başlanğıcında Riçard Niksonun Çinin təcridinə son verməsinə və onunla yaxınlaşmaya getməsinə stimul verdi.
    Tarixə daha genişmiqyaslı baxsaq, son 100 ildə rus-çin münasibətlərinin səciyyəvi cəhəti əməkdaşlıq deyil, hər şeydən öncə, gərginlik və münaqişələr olubdur. Və əksinə, amerikan-çin münasibətləri tarixən, Soyuq Müharibənin ilk illəri nəzərə alınmazsa, sülh və əməkdaşlıq münasibətləri kimi inkişaf etmişdir.
    Bütün Qərb ölkələri arasında yalnız ABŞ “Tiryək müharibələri”ndən sonra Çin ərazilərini tutmağa cəhd etməmişdir. ABŞ, ümumiyyətlə Tsin sülaləsi dövründə (1644-1912-ci illər – tərc.) imperiyanın suverenliyindən yana olmuşdur. II Dünya Müharibəsinin gedişində isə ABŞ və Çin müttəfiq olublar. Təsadüfi deyil ki, Vaşinqton Pekinlə münasibətləri normallaşdıran kimi, Den (1976-1989-cu illərdə Çin Kommunist Partiyası Hərbi Şurasının sədri olmuş Den Syaopin –tərc.) islahatlara və ABŞ-la yaxınlaşma siyasətinə rəhbərlik etmişdir.
    Bununla birlikdə, tarixi incikliklərini çin xalqına xatırlatmaq üçün hər bir fürsətdən istifadə edən Si rəhbərliyi, ABŞ-a xor baxdığı halda, Putinin rəğbətini qazanmaq cəhdlərində riyakarlıq görmür.
    Sinin daxili sabitliyi qurban vermədən, Çinin xarıcdəki hədəflərinə çatmasına kömək edə biləcək xarici siyasət strategiyasına ehtiyacı vardır. Rusiya ilə ticarət Çin iqtisadiyyatını canlandırmayacaq. Çinin Rusiya ilə deyil, ABŞ-la tərəfdaş olmasına ehtiyac vardır.
    Si Cinpin ABŞ-la ticarət müharibəsinin sonlandırılması haqqındakı danışıqları yeniləməlidir. Bu müharibənin nəticələri iqtisadi münasibətlərin sadəcə əvvəlki səviyyəyə qayıtması çərçivəsindən uzağa gedə bilər.
    Xoş niyyətlə, lazımi güzəştlərlə bağlanan saziş ABŞ-la Çin arasında ticarəti genişləndirə bilər. Bu, qarşılıqlı faydalı olardı. ABŞ-Çin münasibətlərində artan gəginlik olmazsa, Sinin Putinin rəğbətini qazanmaq üçün cəhd göstərməsinə heç bir əsas da qalmaz.
    Çinə Rusiyadan çox ABŞ lazımdır. Sinin Putinin qılığına girməsi uzunmüddətli perspektivdə Çinə heç bir fayda gətirməyəcək. Çinin Rusiyaya etibar edə, inana və uzunmüddətli yoldaşlıq münasibətləri qura bilməsi üçün Moskva heç bir vaxt heç bir əsas verməyib. Əgər Si Putindən belə bir şey gözləyirsə, sadəlövhdür.


    Oxunub: 687
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.