ABŞ “Əl-Qaidə”nin liderini məhv edib –
Yəməndə
ABŞ Yəməndə keçirilmiş əməliyyat zamanı Ərəbistan yarımadasında “Əl-Qaidə” terror qruplaşmasının lideri Qasım ər-Raimi məhv edib.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Prezident Donald Trampın göstərişi ilə ABŞ Yəməndə antiterror əməliyyatı keçirib. Bunun nəticəsində Ərəbistan yarımadasında “Əl-Qaidə” terror qruplaşmasının qurucusu və lideri, “Əl-Qaidə” liderinin müavini Qasım ər-Raimi də məhv edildi. Ayman əl-Zavahiri Ər-Raimi 1990-cı illərdə “Əl-Qaidə”yə qoşulub, Əfqanıstanda Üsamə bin Ladenlə birgə çalışıb”, – deyə məlumatda deyilir.
Mətbuat xidmətindən verilən məlumata qeyd olunub ki, ər-Raiminin öldürülmsi AKAP və “əl-Qaidə”nin ümumilikdə zəifləməsinə səbəb olacaq.
Ağ Ev əməliyyatın nə vaxt keçirildiyi barədə məlumat vermir. (apa)