Putin: “Dünyada vəziyyət daha da ağırlaşıb və mürəkkəbləşib”

Rusiya Prezidenti Vladimir Putin dünyada vəziyyətin daha da mürəkkəbləşdiyini və ağırlaşdığını bildirib.
“Söhbət təkcə pandemiyadan getmir, həm də terrorizm və silahlara nəzarət sisteminin deqradasiyasından gedir. Dünyada uzun müddətdir davam edən regional münaqişələr var və bu, Əfqanıstan və Yaxın Şərqdə böyüməkdədir”, – Rusiya Prezidenti əlavə edib.
Putin Rusiyanın qarşılıqlı faydalı tərəfdaşlıq üçün açıq olduğunu və bütün ölkələrlə bərabərlik və müdaxilə etməmək prinsipləri üzərində işləməyə hazır olduğunu vurğulayıb: “Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının Beşlik ölkələrini və digər dövlətləri pandemiya ilə mübarizədə yaxşı işləməyə çağırır”.
Oxunub: 188
Xəbəri paylaş
Paylaş: