Gürcüstan İsraillə birgə avtomat istehsal edəcək
Gürcüstanın Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzdə İsraillə birgə müəssisə yaradılacaq.
Report-un yerli bürosu xəbər verir ki, bununla bağlı əmədakşlıq sazişi imzalanıb.
Sənədi Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və İsrail şirkətinin nümayəndələri imzalayıblar.
Müasir avadanlıqlarla təchiz ediləcək birgə müəssisədə M-4 tipli avtomatlar istehsal olunacaq. Silahlar həm Gürcüstanın Müdafiə Qüvvələri, həm də ixrac üçün nəzərdə tutulub.
Gələcəkdə müəssisədə digər silah-sursatların da istehsalı planlaşdırılır.
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: