KTMT-dən Zəngəzurla bağlı AÇIQLAMA:
Alternativi yoxdur
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın Sünik (Zəngəzur – red.) bölgəsindəki vəziyyətin inkişafını yaxından izləyir.
Bu barədə təşkilatın baş katibi Stanislav Zas Düşənbədə keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra bildirib.
Zas qeyd edib ki, baş verənləri narahatlıqla müşahidə edirlər.
“10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativinin olmadığını qeyd edirik”, – baş katib bildirib.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: