Erməni radioları Azərbaycan ərazisində niyə yayımlanır?- "Problem aradan qaldırılacaq”

Son günlər insanlar işğaldan azad olmuş ərazilərə səfər edərkən Ermənistan radio tezliklərinin (“Artsakh FM”) yayımının şahidi olduğunu bildirirlər.
Bu barədə açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib ki, iqlimdən və coğrafi mövqedən asılı olaraq, qonşu ölkələrin televiziya və FM radio proqramlarının bəzi ərazilərdə qəbulu müşahidə oluna bilir:
“Bu məsələ daim nəzarətimizdədir. Belə ki, bir çox üsullardan istifadə edilməsi və yeni texnologiyaların tətbiq olunması ilə kənar siqnalların qarşısının alınması üzrə işlər aparılmaqdadır”.
Nazirlikdən bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə əhalinin qayıdışı ilə əlaqədar yüksək keyfiyyətli radio-televiziya xidmətlərinin göstərilməsi üçün konseptual plan hazırlanır:
“Qeyd olunan planın icrası nəticəsində Ermənistan istiqamətindən FM radio proqramlarının qəbulu problemi aradan qaldırılacaq”./axar.az
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: