ABŞ qərar verdi:
Bu torpaqlar Rusiya ərazisi kimi tanınmayacaq
ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi federal orqanlara Rusiyanın Krım üzərindəki suverenliyini tanımağı qadağan edən qanun layihəsini təsdiqləyib.
Teleeqraf xəbər verir ki, qanun layihəsi federal nazirliklərin və ya qurumların Krımın quru ərazisi və ya ərazi suları, eləcə də hava məkanı üzərində Rusiya suverenliyini tanımasını qadağan edir.
Sənəd (“Krımın tanınmaması haqqında” qanun) fevral ayında demokrat konqresmen Herald Konnolli tərəfindən komitəyə təqdim edilmişdi.
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: