Sarkisyanın kürəkəni Azərbaycanla imzalanacağı iddia edilən sənədin surətini yaydı - FOTO

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanacağı iddia edilən sənədin bir hissəsini yayıb.
Globall.az erməni KİV-nə istinadla xəbər verir ki, sənəddə tərəflər arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərinə toxunulur. 2-ci bəndində isə bildirilir ki, Azərbaycan və Ermənistan hökumətləri 31 may 2021-ci ilə qədər məsələ ilə bağlı görüşəcək nümayəndə heyətlərini təsdiqləməlidir.
Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan həmin sənədin varlığını təsdiqləyib. Bəhs edilən sənədin surətinin Mikael Minasyan tərəfindən ələ keçirilməsini isə sərt tənqid edib.
Sənədin surətini təqdim edirik:


Oxunub: 348
Xəbəri paylaş
Paylaş: