Hindistanda son sutkada COVID-19-dan ölənlərin sayı yenə 4 mini keçdi
Pandemiyanın ən çox yayıldığı ölkələrdən biri olan Hindistanda son 24 saatda virusdan ölənlərin sayı 4 min 209-a yüksəlib.
“CNN” xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi açıqlama verib. Nazirlik bildirib ki, ölkədə COVID-19 virusundan ölənlərin sayı 291 min 331-ə, yoluxanların sayı 26 milyon 31 min 991 nəfərə yüksəlib. 22 milyon 712 min 735 nəfər isə müalicə alaraq sağalıb.
Oxunub: 206
Xəbəri paylaş
Paylaş: