Fransa Baş Qərargah rəisi:
"Böyük konfliktlərin olmayacağına inanmaq sadəlövhlükdür..."
2030-cu ilə qədər konflikt riskləri artacaq.
Xarici KİV xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fransua Lekuantr deyib. Onun sözlərinə görə, Soyuq müharibədən sonra böyük konfliktlərin daha olmayacağına inanmaq sadəlövhlükdür.
O, dünyanın nizamın yenidən formalaşdırılmasına doğru hərəkət etdiyini bildirib.
Fransız general yeni nizamın ABŞ və Çin arasında rəqabət üzərində formalaşacağını, bu zaman bütün dünya ölkələrinin öz mövqeyini seçməli olacağını bildirib:
“Biz ABŞ-la münasibətlərimizi şübhə altına qoymayacağıq. Çinlə ABŞ arasında formalaşan mənasız qarşıdurmaya daxil olmamalıyıq”.
O, Çinlə Rusiyanın Fransa üçün sualtı və kosmik sferalarda təhlükəli rəqib olduğunu söyləyib:
“Biz razılaşmaq imkanları tapmalıyıq. Bu gün belə nizamlamadan imtina mərhələsindəyik. Bu, təhlükəli qarşıdurmadı”.
General bu gün Rusiya, Türkiyə və Çinin Afrikada təşviş yaratdığını da vurğulayıb.