“Atletiko” 11-ci dəfə İspaniya çempionu oldu
Madridin “Atletiko” klubu tarixində 11-ci dəfə İspaniya çempionu olub.
La Liqanın sonuncu – 38-ci turunda keçirilən oyunlar həm çempionluğun, həm də digər mükafatçıların taleyinə aydınlıq gətirib.
Səfərdə “Valyadolid”ə 2:1 hesabı ilə qalib gələn “hindular” xalını 86-ya yüksəldib.
Paytaxtın digər təmsilçisi “Real Madrid”i isə evdə “Vilyarreal”la 1:1 hesablı heç-heçə edərək, liderdən 4 xal geri düşüb və gümüş medal qazanıb.
Bürünc medalı isə son oyunda səfərdə “Eybar”ı 1:0 hesabı ilə məğlub edən “Barselona” 79 xalla əldə edib.
Qeyd edək ki, “Atletiko” sonuncu dəfə 2013/2014 mövsümündə İspaniya çempionluğunu qazanmışdı.
Oxunub: 395
Xəbəri paylaş
Paylaş: