Gürcüstanda koronavirusun üçüncü dalğası: 733 nəfər yoluxub, 20 nəfər ölüb

Gürcüstanda son sutka ərzində 733 nəfər koronavirusa yoluxub, 20 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi saytı məlumat yayıb.
Beləliklə, ölkə üzrə yoluxanların ümumi sayı 337 573-ə, ölənlərin sayı isə 4 622-yə çatıb. İndiyədək 318 599 xəstə sağalıb.
Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusun üçüncü dalğası davam edir.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: