Hindistanda dəhşətli epidemiya: İnsanların gözləri çıxarılır
Hindistanın qərbində “Qara kif” adlanan mukormikoz xəstəliyinə yoluxan minlərlə insanın bir və ya iki gözü çıxarılıb.
Xarici KİV xəbər verir ki, bu xəstəliyə yoluxanların 60 faizi bir və ya iki gözünü itirir.
“Bütün toxumaları, sinirləri və göz qapaqlarını çıxarmasaq, infeksiya beyinə daxil ola bilər, - həkim Akşay Nair bildirib.
Qeyd edək ki, bir neçə güncə Hindistanın Racastan və Telanqana ştatlarında “qara kif” adlı mukormikoz epidemiyası barədə elan edilmişdi.
Mukormikoz və ya “qara kif” - göbələk xəstəliyinin yaratdığı ağırlaşmadır. Xüsusən ağır xəstəliklərlə, o cümlədən koronavirusla mübarizədən sonra immuniteti düşənlər üçün təhlükəlidir.
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: