Ara Ayvazyan İran səfiri ilə sərhəddəki gərginliyi müzakirə edib
Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri mayın 24-də görüş keçirib.
Bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət, regional təhlükəsizlik və sülh məsələləri müzakirə edilib. Tərəflər həmçinin son zamanlar keçirilən səfərlər və bunun nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi barədə danışıblar.
Oxunub: 338
Xəbəri paylaş
Paylaş: