Belarus daha bir Avropa təyyarəsini endirdi -
"Lutfhanza" laynerinin uçmasına icazə verilməyib...
Bu gün Belarus hakimiyyəti daha bir qalmaqallı olaya imza atıb.
"Belsat" teleqram kanalı xəbər verir ki, Bakı vaxtı ilə saat 15:20 radələrində Almaniyanın "Lutfhanza" hava yolları şirkətinə məxsus təyyarənin Minsk aerportundan qalxmasına icazə verilməyib. Sərnişinlər təyyarədən yerə endirilərək özləri və yükləri yenidən yoxlamadan keçirilib.
Xatırladaq ki, mayın 23-də Afinadan Vilnüsə uçan "Ryanair" hava yollarına məxsus təyyarə Belarus hökuməti tərəfindən Minsk hava limanına endirilib. Bu zaman havaya Belarus Hava Qüvvələrinə məxsus Miq-29 qırıcıları qaldırılıb. Enişdən dərhal sonra Belarus təhlükəsizlik qüvvələri göyərtədə olan NEXTA Teleqram kanalının yaradıcısı və baş redaktoru Roman Protaseviçi saxlayıb. O, ekstremizmdə və 2020-ci ilin avqust ayında keçiriləcək prezident seçkilərindən sonra əhalini iğtişaşlara çağırmaqda günahlandırılır.
Bu hadisədən sonra Avropa Parlamentinin ən böyük fraksiyası Avropa ölkələrini Belarusa uçuşları tamamilə dayandırmağa çağırıb. Bugünlərdə Avropa İttifaqının Belarus hakimiyyətinin atdığı addıma sanksiyalarla cavab verməsi gözlənilir.