Putinlə Bayden bu ölkədə görüşəcək –
Ceff Bennett
ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşün İsveçrənin Cenevrə şəhərində baş tuması ehtimalı böyükdür.
Bunu "NBC Nyus" nəşrinin jurnalisti Ceff Bennett bildirib.
“Hələlik toplantının dəqiq vaxtı və yeri məlum deyil, ancaq önümüzdəki iki həftə ərzində Cenevrədə baş tuta bilər”, – Bennett vurğulayıb.
Qeyd edək ki, ötən gün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında Cenevrədə görüş olub. Onlar prezidentlərin görüşü ilə bağlı bəzi detalları müzakirə edib.
Oxunub: 319
Xəbəri paylaş
Paylaş: